Xəbər lenti

Naxçıvan İnzibati Məhkəməsinin hakimi Səxavət Novruzov Naxçıvan Ali Məhkəməsinin hakimi təyin edilib. Hakim Səxavət Novruzov kimdir və onun zabitlərə qarşı tutduğu mövqe nədən ibarət olub?

2020-2021-ci illər ərzində Naxçıvanda onlarla zabit Kərəm Mustafayevdən məhkəməyə şikayət edib, işlərin çoxuna hakim Səxavət Novruzov baxsa da iddiaların heç birini təmin etməyib. O cümlədən şəxsən mənim də iddiamı təmin etmədi, Naxçıvan Ali Məhkəməsinə kasassiya şikayəti verdim, iş icraata qəbul olundu, işə ədalətli baxıldı, hakim Səxavət Novruzovun çıxardığı qərar tam qanunsuz hesab edilərək ləğv edildi. İşə yenidən baxmaq üçün təkrar Səxavət Novruzovun icraatına göndərildi. Təsəvvür edin ki, hakim Səxavət Novruzov Naxçıvan Ali Məhkəməsinin qərarını da saymadı. Ümumilikdə 17 dəfə məhkəmə prosesi olsa da iddiam təmin olunmadı. İddiam isə bir birlikdən başqa birliyə yerdəyişmə (rotasiya) tələbim idi. Yəni Naxçıvandan başqa korpuslara getmək istəyirdim. Müvafiq qanun və əmrlərə əsasən mən Naxçıvanda zabit kimi 6 il xidmət etməli olduğum halda 12 il xidmət etdim. Naxçıvanda isə bu qanunların icrasına Kərəm Mustafayev imkan vermirdi. Sonda hüquqlarım təmin olunmadığı üçün məcbur qalıb ehtiyata çıxdım. Mənə maraqlı olan odur ki, hakim Səxavət Novruzovun Kərəm Mustafayevdən asılılığı nə idi ki, o mənim və mənim kimi onlarla zabitlərin qanuni iddiasını təmin etmirdi?

Dialoq.az

Natiq Əlisoy




Ana səhifəyə qayıt        Baxış: 5 320          Tarix: 23-12-2022, 19:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma