![](/templates/Wmediat51/images/vetendash.jpg)
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində çox sürətlə dəyişən dünyada liderliklə bağlı fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, liderliyin böyük bir məsuliyyət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:
"Ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır".
Prezident ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə də məsləhət verərək deyib:
"Həmişə həqiqəti söyləyin və ölkəniz üçün doğru olanı edin".
Paylaş: