![](/templates/Wmediat51/images/vetendash.jpg)
Norveçdə 2024-cü ildə keçirilən NATO-nun “Nordic Response” təlimləri zamanı dəymiş zərərlə bağlı bu ölkənin Silahlı Qüvvələrinə 213 şikayət daxil olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NRK yayım korporasiyası məlumat yayıb.
Məlumata görə, Norveç hakimiyyəti hazırda şikayətlərə baxır və yaya qədər kompensasiyaların ödənilməsini başa çatdırmağı planlaşdırır. Bildirilib ki, ümumi ziyanın dəyəri 15 milyon Norveç kronu (1,3 milyon dollar) təşkil edir. NRK qeyd edib ki, şikayətlərin böyük hissəsini ətraf mühitin çirklənməsi, təxminən üçdə birini isə ölkə sakinlərinə dəymiş maddi zərər təşkil edir.
Yayım korporasiyasının məlumatına görə, 2016-cı ildə “Cold Response” təlimlərindən sonra ümumilikdə 8,5 milyon Norveç kronu (758 min dollar) məbləğində 377 zərər vurulması halı qeydə alınıb.
“Nordic Response 24” təlimləri 2024-cü il martın 4-dən 15-dək Norveç, İsveç və Finlandiyanın şimal bölgələrində keçirilib.
Paylaş: