Xəbər lenti

Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və hakim “Mülki müqavilə” partiyasının deputatı Qaqik Melkonyan məhkəməyə gəlmək zərurəti barədə bildiriş alıblar.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Məlumatda bildirilir ki, onların çağırıldığı iş Arsenyan və Melkonyana məxsus ərazilərdə, eləcə də "Mülki müqavilə" partiyasının ofisi yaxınlığında partlayıcı qurğuların quraşdırılması ilə bağlıdır.

İstintaq yekunlaşıb və materiallar məhkəməyə təqdim edilib.

İstintaqın məlumatına görə, şübhəli şəxs fevralın 20-də "Birləşmiş fəhlə partiyası"nın (rəhbəri - Arsenyan) ofisinin 9 metrliyində əldəqayırma partlayıcı qurğunu (1 kq trotil və pentalit) yerləşdirib. Daha bir bomba "Mülki müqavilə" partiyasının ofisi yaxınlığında tapılıb. Lakin mexanizmin nasazlığı səbəbindən qurğular işləməyib. İş üzrə zərərçəkmişlər Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan, Qaqik Melkonyan və Qurgen Arsenyandır. Onlar ifadə vermək üçün məhkəməyə çağırılıblar. Lakin bildirişlərə baxmayaraq, iclaslarda iştirak etmirlər.




Ana səhifəyə qayıt        Baxış: 34          Tarix: Bu gün, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma