Xəbər lenti

Yüz mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub, hazırda bu proses davam edir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar deyib.

O bildirib ki, Qərbi azərbaycanlıların siyahıya alınması prosesi davam edir. Hər gün 250-300 Qərbi azərbaycanlı İcmada qeydiyyata alınmaq üçün təşəbbüs göstərir.

Əslən indi “Ermənistan” adlanan ərazidən olan soydaşlarımızın da qeydiyyata alındığını bildirən Ü.Zülfiqar deyib ki, 1988-1991-ci illərdə də deportasiya olunan soydaşlarımızla yanaşı, ondan əvvəl köçməyə məcbur edilənlər və onların varisləri arasında da qeydiyyata alınanlar var.

O, həmçinin vurğulayıb ki, "Qayıdış Konsepsiyası” layihəsi ilə bağlı alimlər, mütəxəssislər, ictimaiyyət nümayəndələri və xarici ekspertlər tərəfindən təkliflər göndərilib və bu təkliflərin hər biri qeydə alınıb.




Ana səhifəyə qayıt        Baxış: 3 092          Tarix: 23-01-2023, 22:31      


Paylaş:   

Prizma