Xəbər lenti

Türkiyəni sarsıdan zəlzələlərin dağıntılara səbəb olduğu əyalətlərdə afterşoklar davam edir.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ və Riskin Azaldılması bölməsinin Baş direktoru Orhan Tatar məlumat verib.

Onun sözlərinə görə, bölgədə yeraltı təkanların ümumi sayı 6 min 40-a çatıb.

“Afterşokların 436-sı 4-5 bal, 40-ı isə 5-6 bal arasında olub”, - deyə o bildirib.

Tatar vurğulayıb ki, belə təkanlar hələ bir müddət davam edəcək.

Mənbə: Haber Global




Ana səhifəyə qayıt        Baxış: 3 791          Tarix: 19-02-2023, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma