Xəbər lenti
Dünən, 19:25

Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirin dosyesini təqdim edir:

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment (fərqlənmə) ixtisasını, 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramını bitirib.

2016-cı ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib.

2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.

2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib.

2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb:

2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.

2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.




Ana səhifəyə qayıt        Baxış: 4 409          Tarix: 18-11-2023, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma