“Milyonlarla insanın iştirak etdiyi seçkilərdə hər şeyin ideal keçməsi mümkün deyil. Bütün dünyada seçki proseslərində mübahisəli hallar yaşanır”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən dairə seçki komissiyalarının sədrləri ilə birgə iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, seçkilər müəyyən beynəlxalq qurumlarda siyasi maraqlara xidmət edən tədbir kimi qiymətləndirilir:
“Yerlərdə hansısa problem yaşananda beynəlxalq qurumlar özləri bunu həll etməyə çalışırlar. Onlardan narazılığımız yoxdur, amma seçkini elə təşkil etməliyik ki, heç bir problem yaranmasın. Seçkilər haqqında bütün təəssürat seçki məntəqələrində baş verən hadisələrə görə formalaşır. Ona görə seçki gününü anlaşılmazlıqlar olmadan bitirmək vacibdir”.
Paylaş: