Xəbər lenti

Ukrayna prezidenti Volodimir Zelenski Moskva, Brüssel, Vaşinqton və Kiyevin iştirakı ilə sülh danışıqlarının başlayacağına ümid etdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı “Associated Press” agentliyinə müsahibəsi zamanı danışıb.

Zelenski komandasının ABŞ-ın Tramp administrasiyası ilə əlaqə saxladığını təsdiqləyərək bildirib ki, aparılan məsləhətləşmələr hələlik ümumi xarakter daşıyır. O qeyd edib ki, Ukrayna ABŞ prezidenti Donald Trampla danışdıqdan sonra ruslarla hansısa söhbət formatına keçməlidir.

“Düşünürəm ki, ABŞ, Ukrayna və Rusiya danışıqlar masası arxasında əyləşməlidir. Avropa Birliyinin də bu prosesdə iştirakı vacibdir,” – deyə o qeyd edib.

Zelenski həmçinin tezliklə ABŞ prezidenti ilə birbaşa görüş keçirməyə ümid etdiyini vurğulayıb. O, Vaşinqtonun Kiyevin iştirakı olmadan Moskva ilə ciddi müzakirələr aparması ehtimalından narahatlığını da ifadə edib.




Ana səhifəyə qayıt        Baxış: 40          Tarix: Bu gün, 09:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma