Xəbər lenti

NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində bildirib.

Rutte Berlini hərbi sənaye və müdafiə sahələrində "daha çox xərcləməyə və daha çox istehsal etməyə" səsləyib. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda bir çox Avropa ölkələrində müzakirə mövzusu olacaq.

"Mən sizə çox açıq deyirəm: Biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur", - baş katib bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 981          Tarix: Bu gün, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma