ABŞ Avropa İttifaq (Aİ) ölkələrindən gələn mallara rüsum tətbiq etsə, birlik buna sərt reaksiya verəcək.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
“Aİ qəti şəkildə inanır ki, aşağı tariflər artıma və iqtisadi sabitliyə kömək edir, lakin ona ədalətsiz tariflər tətbiq olunsa, qəti şəkildə cavab verəcək”, - mənbə bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal olunan mallara rüsumların tətbiqi haqqında fərman imzalayıb. Meksika və Kanadadan idxala 25 % (Kanadadan enerji üçün 10 %) tariflər tətbiq ediləcək. Çindən gələn mallara 10 % əlavə rüsumlar tətbiq olunur. Məhdudiyyətlər fevralın 4-dən qüvvəyə minəcək. Kanada, Çin və Meksika Birləşmiş Ştatların idxal etdiyi bütün mal və xidmətlərin üçdə birini təşkil edir.
Paylaş: