Xəbər lenti
Bu gün, 19:25

“Dünyada cərəyan edən proseslər və sürətlə davam edən rəqəmsallaşma kibertəhlükəsizlik mütəxəssislərinə olan tələbi də artırır. Belə ki, artıq hər bir dövlət və özəl qurumun özünün informasiya təhlükəsizliyini təmin etməsi üçün kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranır. Sevindirici haldır ki, qurumlarda artıq kibertəhlükəsizlik departamentləri yaradılır”.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəhbəri Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ikinci məzun günündə çıxışı zamanı deyib.

Davud Rüstəmov qeyd edib ki, hazırkı dünyada kibertəhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması qədər önəmli bir hal alıb.

“Azərbaycan dövləti də bu istiqamətdə böyük işlər görür. Əvvəllər biz bu sahədə təhsil almaq üçün xaricə yollanırdıq, lakin bu gün Azərbaycan hökumətinin yaratdığı əlverişli şərait nəticəsində, məhz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) İsrailin “Technion” Universitetinin mütəxəssisləri bizim yerli kibertəhlükəsizlik məzunlarını hazırlayırlar. AKM-nin iki məzunu Dövlət Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik əməliyyatları mərkəzinə işə cəlb olunub. Ümid edirəm ki, gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik üzrə mütəxəssislərin sayı daha da artacaq”, - deyə D.Rüstəmov əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 2 921          Tarix: 31-01-2024, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma