Xəbər lenti

Ermənistan baş naziri Nikol Paşinyan Korrupsiyanın Qarşısının Alınması Komissiyasının qərarından sonra xalqa müraciət edib.

Musavat.com xəbər verir ki, komissiya Paşinyanın çıxışında davranış qaydalarının pozulduğunu təsdiqləyib.

Baş nazir iki konkret ifadəsinə görə üzr istəyib. O, özünü Ermənistanın təhlükəsizliyinin əsası hesab etdiyi siyasi və mənəvi prinsiplərə sadiq olduğunu bildirib.

Paşinyan vurğulayıb ki, səhvlərini etiraf etməyə, emosiyalarına daha yaxşı nəzarət etməyə və demokratik institutlara hörmətlə yanaşaraq fəaliyyət göstərməyə hazırdır.




Ana səhifəyə qayıt        Baxış: 2 061          Tarix: Dünən, 23:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma