Əgər F-16 qırıcıları Ukrayna ərazisi üzərindən uçsa, Rusiya Silahlı Qüvvələri onları vuracaq.
TASS xəbər verir ki , bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.
O xatırladıb ki, F-16 nüvə silahı daşıyıcısı ola bilər, ona görə də Rusiya üçün bu qırıcının Ukrayna səmasında olması nüvə təhlükəsizliyi məsələsidir. Hava gəmisi havaya qalxdıqdan sonra “biz onun nə daşıdığını, bir yarım ton bomba və ya nüvə taktiki yükü olduğunu bilmirik”.
Diplomat Rusiya Prezidenti Vladimir Putinin “Kiçik ölkələr nə ilə oynadıqlarını dərk etməlidirlər” deyən son bəyanatını xatırladıb.
Qeyd edək ki, iunun 3-də Niderland Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmiş F-16 qırıcılarından Rusiya Federasiyasına zərbələr endirmək üçün istifadəyə icazə verib . Bu barədə Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Sinqapurda keçirilən Şanqri-La forumunda bildirib .
Bundan əvvəl Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen F-16-nın istifadəsi ilə bağlı oxşar mövqeyi təsdiqləmişdi . Onun sözlərinə görə, Danimarka parlamenti müzakirələr zamanı aydın şəkildə bildirib ki, Rusiya ərazisinə zərbələr “özünümüdafiənin bir hissəsidir”.
Paylaş: