Xəbər lenti

"Birləşmiş Ştatlar miqyasına görə Rusiyanın "Crocus City Hall" konsert zalında törədilən terror aktı ilə müqayisə edilə bilən terror hücumu ilə üzləşə bilər".

Bu fikri FTB-nin rəhbəri Kristofer Rey Konqresin Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, ABŞ-da agentliyin direktoru işlədiyi müddətdə bütün ölkə ərazisində bir çox terror aktlarının qarşısı alınıb. Fələstin islamçı HƏMAS hərəkatı 7 oktyabr 2023-cü ildə İsrailə hücum etməzdən əvvəl dövlət artıq zorakılıq riskinin artdığını qeyd etmişdi.

“O vaxtdan bəri bir neçə xarici terror təşkilatı amerikalılara və müttəfiqlərimizə qarşı hücumlara çağırıb. Bu çağırışları nəzərə alsaq, bizim əsas narahatlığımız ondan ibarət idi ki, fərdlər və ya kiçik qruplar Yaxın Şərqdəki hadisələrdən burada hücumlar həyata keçirmək üçün “ilham alsınlar””, - deyə Rey izah edib.

O əlavə edib ki, ABŞ ərazisinə koordinasiyalı hücum ehtimalı var və bu, mart ayında Rusiyanın “Crocus” konsert zalına edilən hücuma bənzəyəcək. Bu, çox narahatedicidir.//Publika.az 




Ana səhifəyə qayıt        Baxış: 3 375          Tarix: 5-06-2024, 10:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma