Xəbər lenti

İranın Prezidenti Məsud Pezeşkianla Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın telefon danışığından sonra Türk Hava Yollarının (Turkish Airlines) İrandakı ofisi bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə İran Mədəni İnqilabı Ali Şurasının üzvü İbrahim Suzənçi özünün X hesabında məlumat verib.

O, ofisin bağlanmasının məcburi hicab qaydalarının pozulması ilə bağlı olduğunu deyib.

“Ərdoğan zəng edib seçilmiş prezidentlə bir saat danışdı ki, münasibətləri yaxşılaşdıraq. Bu gün isə Türkiyə Hava Yolları şirkətinin ofisi hicaba görə bağlandı. Bu, yəqin ki, təsadüfdür!” - Suzənçi yazıb.

Ekspertlər bunun Pezeşkianın məğlub rəqibi Səid Cəliliyə yaxın radikal mühafizəkarlar tərəfindən məqsədli şəkildə edildiyini deyirlər.




Ana səhifəyə qayıt        Baxış: 3 714          Tarix: 9-07-2024, 17:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma