Xəbər lenti

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri (ZRK) bu ilin sonuna qədər Ermənistana çatdırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Indian Defence Research Wing" nəşri məlumat yayıb.

Qeyd olunur ki, İrəvan 720 milyon dollar dəyərində bu hava hücumundan müdafiə sistemlərindən 15 ədəd sifariş verib. Ermənistan Hindistanın bu ZRK-larının ilk xarici alıcısı olacaq.

"Akash-1S" sistemləri döyüş təyyarələri, idarə olunan raketlər və pilotsuz uçuş aparatları kimi hava təhdidlərinə qarşı etibarlı müdafiəni təmin edərək, eyni vaxtda aktiv hədəf axtarışı və hədəfləmənin kombinasiyasından istifadə edir.

Qeyd edək ki, "Akash-1S" 1983-cü ildə hazırlanıb və 30 ildən sonra istifadə üçün hazır hesab olunub. O, 4-25 kilometr radiusda hava hədəflərini vura bilir.




Ana səhifəyə qayıt        Baxış: 5 317          Tarix: 8-08-2024, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma