Xəbər lenti

İsrailin baş naziri Benyamin Netanyahunun böyük oğlu Yairin yaşadığı Mayamidəki elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşya tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "N12" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, çərşənbə axşamı polis sakinlərə mənzillərdə qalmaları və pəncərələrə yaxın getməmələri barədə xəbərdarlıq edib.

Üç saatdan sonra onlara məlumat verilib ki, polis tapılan əşyanı yoxlayıb və siqnalın yalan olduğu üzə çıxıb.

Sakinlərdən birinin telekanala verdiyi məlumata görə, bu elit yaşayış kompleksində çoxlu israilli yaşayır.

O bildirib ki, hadisə zamanı Netanyahunun oğlu binada olmayıb.

Məlumata görə, 33 yaşlı Yair Netanyahu vaxtının çox hissəsini evdə keçirir və hərdən hovuzun yanında gəzintiyə çıxır. O, həmişə nəsə olacağından narahatdır.

İqbal,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 089          Tarix: 22-08-2024, 10:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma