Xəbər lenti

Özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan 2023-cü ilin sentyabr ayınadək olan dövrdə Ermənistan tərəfindən həyata keçirilən təxribatlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdi.

Axar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov antiterror əməliyyatının uğurla başa çatmasının birinci ildönümü ilə bağlı nazirliyin saytına müsahibəsində bildirib.

“Sentyabrın 19-da ölkəmizin dövlət qurumlarına məxsus iki nəqliyyat vasitəsinin qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minalara düşərək partlaması nəticəsində polis əməkdaşları, mülki vətəndaşlarımız və hərbi qulluqçularımız həlak oldu və yaralandı. Ali Baş Komandanın göstərişi ilə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin bölmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa və quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı keçirildi. Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və digər legitim hərbi hədəfləri yüksək dəqiqliyə malik silahların tətbiqi ilə sıradan çıxarıldı. Qanunsuz silahlı qruplaşmaların tərk-silah edilməsi və separatçı rejimin ləğvi nəticəsində Qarabağ iqtisadi rayonu üzərində Azərbaycanın suverenliyi tam bərpa olundu”, - deyə polkovnik diqqətə çatdırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 606          Tarix: 6-09-2024, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma