Xəbər lenti

Ermənistan fəal şəkildə Azərbaycanla müharibəyə hazırlaşır.

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

Məlumata görə, bu hazırlıq planlı və məqsədyönlü şəkildə davam etdirilir.

Bildirilir ki, Fransa Ermənistana veriləcək 26 ədəd "Bastion" zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin, Paris artıq İrəvana 12 ədəd "Sezar" artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.




Ana səhifəyə qayıt        Baxış: 3 084          Tarix: Dünən, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma