
ABŞ-nin İranın üç nüvə obyektinə aviazərbələrindən sonra ABŞ təhlükəsizlik xidmətlərindəki mənbələr İranın öz "proksi qüvvələri"ndən istifadə edərək cavab hücumları hazırlaya biləcəyi barədə xəbərdarlıq ediblər.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə məşhur "Daily Mail" nəşri yazıb.
Bu arada "Daily Mail" İran və Venesuelanın birgə niyyətini üzə çıxaran sənəd də dərc edib ki, planın məqsədi terrorda şübhəli bilinən İran, Suriya və Livandan olan şəxslərə saxta pasportların verilməsi olub.
Mənbənin sözlərinə görə, bu pasportlar insanlara Yaxın Şərqdən Cənubi Amerikaya vizasız səyahət etməyə, sonra isə ABŞ-nin həssas cənub sərhədindən istifadə etməklə, milyonlarla qeyri-qanuni miqrantla birlikdə onun ərazisinə daxil olmaq imkanı verirdi.
Qeyd olunur ki, 2010-2019-cu illər arasında olan 10 mindən çox şəxsin adı, doğum tarixi, pasport nömrələri və vətəndaşlıqları barədə məlumatın olduğu bu siyahı keçmiş məmur tərəfindən tərtib edilib.
Paylaş: