Xəbər lenti

 

ThreatMetrix şirkətinin hesabatına əsasən, 2015-ci ildən etibarən kibercinayətkarlıq fəaliyyəti təxminən 100% yüksəlib.

NRYTN-in elektron xəbər xidməti məlumat verir ki, 2016-cı ilin 1-ci rübündən başlayaraq yeni hesablardan həyata keçirilən fırıldaqçılıq halları 30% artıb.

Qeyd edilib ki, saxta profillərin sayının artması media şirkətlərə güclü təsir edib. Belə ki, media şirkətlər arasında yeni hesablardan istifadəyə əsaslanan hücumların sayı 527% yüksəlib.

Rəqəmli mediasayt və proqramların kəskin inkişafı onları kibercinayətkarların hədəfinə çevirib. İkinci rübdə 28 milyon belə hücum qeydə alınıb.

Qlobal media şirkətlərə qarşı edilmiş kiberhücumların əksəriyyəti Cənubi Amerikada qeydə alınıb. Ancaq kibercinayətkarları daha çox elektron ticarət seqmenti maraqlandırır:

2016-cı ilin birinci rübündə bu seqmentə 88 milyon hücum edilib. Bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 41% daha çoxdur. Bu halda elektron ticarət seqmentinə həyata keçirilən əməliyyatların 47%-i mobil telefonların payına düşür. Avropa ən "mobil" region olaraq qalır: bütün əməliyyatların 53%-i telefonların payına düşür. /Xəbərlər.az/




Ana səhifəyə qayıt        Baxış: 572          Tarix: 19-08-2017, 23:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma