"Barselona" futbol klubu siyasi qüvvələri İspaniyanın tərkibindən çıxmaq niyyətində olan Kataloniyada siyasi vəziyyətin həlli üçün dialoqa çağırır.
"Report" xəbər verir ki, bu barədə klubun saytına yerləşdirilən rəsmi bəyanatda deyilir.
"Barselona" ölkənin aparıcı təşkilatlarından biri kimi Kataloniyada siyasi vəziyyətin nizamlanması məqsədi ilə siyasi həll yollarının axtarılması üçün dialoq və danışıqlara çağırır. Bunun üçün əksər kataloniyalıların öz gələcəklərinə dair qərar qəbul etmək istəklərinə son dərəcə hörmət nümayiş etdirmək lazımdır", - deyə bəyanatda qeyd olunur.
Bildirilir ki, "Barselona" şəhərin Vəkillər Assosiasiyasının təşəbbüsü ilə vasitəçilik, dialoq və barışıq üzrə müstəqil komissiyanın yaradılması ideyasını rəsmi olaraq dəstəkləyir.
Paylaş: