ABŞ-da 4-10 noyabr həftəsində neft hasilatı 25 min barel və ya 0,26% artaraq 9,645 mln. barel/günə çatıb.
"Report" xəbər verir ki, bu barədə məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.
Hesabatda həmçinin bildirilir ki, dövr ərzində ABŞ-dakı neft ehtiyatları 1,854 mln. barel və ya 0,4% artaraq 459 mln. barelə çatıb. Qeyd edək ki, analitiklər ehtiyatların 2,4 mln. barel azalacağını ehtimal edirdilər.
Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında da azalma proqnozlarının əksinə artım müşahidə olunub. Belə ki, analitiklər benzin ehtiyatlarının 1,5 mln. barel azalacağını ehtimal etsələr də, ehtiyatlar 0,9 mln. barel artıb.
Açıqlanan məlumatlardan sonra "Brent" markalı neftin qiyməti 61 dollar/barelə yaxınlaşsa da, hazırda 62 dollar/barelə yüksəlib. Qiymət artımına səbəb OPEC+ ölkələrinin noyabrın 30-da Vyanada keçirilməsi gözlənilən növbəti sammitidir. Bu sammitdə 2018-ci il martın 31-də bitən OPEC+ anlaşmasının ilin sonuna qədər uzadılması gözlənilir.
Paylaş: