Xəbər lenti

ABŞ-ın neft ehtiyatları 23-29 sentyabr həftəsi ərzində 6 mln. barel və yaxud 1,27% azalaraq 465 mln. barelə düşüb.

"Report" "Forexpf.ru" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EİA) məlumat yayıb.

Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər neft ehtiyatlarının 756 min barel azalacağını ehtimal edirdilər. Qeyd edək ki, əvvəlki hesabat həftəsində neft ehtiyatları 1,8 mln. barel azalma göstərib. Beləliklə, neft ehtiyatları ardıcıl son iki həftədə 7,8 mln. barel azalıb.

Hesabat dövründə ölkənin benzin ehtiyatları isə 1,644 mln. barel və ya 0,75% artaraq 219 mln. barelə çatıb. Analitiklər benzin ehtiyatlarının 1,1 mln. barel artacağını proqnozlaşdırırdılar.

ABŞ-da gündəlik neft hasilatı 14 min barel və ya 0,15% artaraq 9,56 mln. barelə yüksəlib. Qeyd edək ki, ABŞ-da neft hasilatının maksimal həddi 2015-ci il iyun ayının ilk həftəsində 9,61 mln. barel/gün təşkil edib. Hazırda ABŞ-da gündəlik neft hasilatı rekord həddən sadəcə 50 min barel və ya 0,5% aşağıdır.

Neftin qiyməti açıqlanan göstəricilərdən sonra önəmli dəyişiklik göstərməyib və 56 dollar/bareldən bir qədər aşağı həddə qalıb. 




Ana səhifəyə qayıt        Baxış: 1 016          Tarix: 5-10-2017, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma