Xəbər lenti


BŞ-ın neft ehtiyatları 14 oktyabr-20 oktyabr həftəsi ərzində gözlənilmədən 0,856 mln. barel və yaxud 0,2% artaraq 457,3 mln. barelə yüksəlib.

"Report" "Forexpf.ru" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) məlumat yayıb.

Xatırladaq ki, "Reuters" agentliyinin keçirdiyi sorğuda iştirak etmiş analitiklər neft ehtiyatlarının 2,6 mln. barel azalacağını ehtimal edirdilər.

Hesabat dövründə ölkənin benzin ehtiyatları isə 5,5 mln. barel azalıb. Analitiklər benzin ehtiyatlarının 0,17 mln. barel azalacağını proqnozlaşdırırdılar.

ABŞ-da gündəlik neft hasilatı 1,1 mln. barel və ya 13% artaraq 9,507 mln. barelə yüksəlib. Qeyd edək ki, ABŞ-da neft hasilatının maksimal həddi 2015-ci il iyun ayının ilk həftəsində (9,61 mln. barel/gün) qeydə alınıb. Hazırda ABŞ-da gündəlik neft hasilatı rekord həddən sadəcə 100 min barel və ya 1,07% aşağıdır.

Neftin qiyməti açıqlanan göstəricilərdən sonra önəmli dəyişiklik göstərməyib və 58 dollar/bareldən bir qədər yuxarı həddə qalıb.




Ana səhifəyə qayıt        Baxış: 926          Tarix: 26-10-2017, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma