Xəbər lenti

İran ay təqvimi üzrə martın 21-də başlayan yeni ilin il 4 ayında (iyulun 21-nə qədər) Azərbaycana 111,83 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. 

“Financial Tribune” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,4% çoxdur.

4 ay ərzində Azərbaycan qonşu ölkədən 184,082 ton qeyri-neft məhsulu alıb. Bu. əsasən polipropilen, boru və kartofdur.

Əvəzində 21 mart – 21 iyul tarixlərində islam respublikasına Azərbaycandan 4,616 mln. dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib ki, bu da illik müqayisədə 28,6% çoxdur. Söhbət 14 572 ton məhsuldan gedir ki, bu da əsasən quşlar üçün yem, metal qırıntıları və sodadır.

Beləliklə, hesabat dövründə iki ölkə arasında qeyri-neft məhsullarının ticarət dövriyyəsi 116,44 mln. dollar təşkil edib, bu da 1 il əvvələ nisbətən 42,3% artım deməkdir.

Müvafiq məhsulların ticarətinə görə, Azərbaycan İranın 16-cı ən iri ticarət tərəfdaşı olub/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 629          Tarix: 21-08-2018, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma