Xəbər lenti

Rusiyada taxıl şirkətləri və istehsalçılar çörək qiymətlərinin arta biləcəyi barədə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, bu ilin oktyabr ayında çörəyin qiymətinin 10 faiz artımı proqnozlaşdırılır.

Mütəxəssislərin fikrincə, bahalaşma valyuta məzənnələrinin dəyişməsi və taxıl proqnozlarının azalması fonunda baş verəcək. Qeyd edək ki, Rusiyada hazırda çörəyin qiyməti 16 rubl (0.40 AZN) təşkil edir. Qiymət artımından sonra çörəyin qiyməti 18 rubla (0.45 AZN) çatacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 914          Tarix: 3-09-2018, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma