Xəbər lenti


 

ABŞ Rusiyaya iqtisadi cəhətdən zərbə vurmaq üçün İranla razılaşıb.

 

Ovqat.com-un məlumatına görə, bunu dünyanın ən ciddi iqtisadi nəşrlərindən sayılan Bloomberg bildirib.

 

Nəşrin iddialarına inansaq, ABŞ İran neftinin nəqlinə qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmaq üçün onunla müəyyən razılıqlara gəlib. Nəticədə İran Çinə neft tədarükünü artıra bilib. ABŞ-ın digər məqsədi isə dünya enerji bazarında yanacağın bahalaşmasının qarşısını almaq olub.

 

Qəzet yazır: “Vaşinqton İran hakimiyyəti ilə həbs edilmiş vətəndaşların mübadiləsi və uranın zənginləşdirilməsinin ləngiməsi ilə bağlı danışıqlar apara bildi.

 

İran artıq Asiyaya neft tədarükündə Rusiya Federasiyası ilə rəqabət apara biləcək”.

 

Məlumatda qeyd olunur ki, anlaşma nəticəsində İran neftinin Çinə gündəlik ixracı gündə orta hesabla 1,5 milyon barelə yüksəlib, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. Rusiya neftinin dəniz yolu ilə tədarükü isə son bir ayda 2,84 milyon barelə düşüb ki, bu da mayın ortaları ilə müqayisədə 1,5 milyon barel azdır”.




Ana səhifəyə qayıt        Baxış: 5 755          Tarix: 26-08-2023, 08:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma