Xəbər lenti
13-10-2025, 19:07

"Rusiya iqtisadiyyatı dağılmaq üzrədir".

Oxu.Az "The News York Times" nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin müharibəni bir həftə ərzində qələbə ilə başa çatdırmalı idi, lakin artıq döyüş əməliyyatlarının dördüncü ili yaxınlaşır.

Ağ Evin rəhbəri qeyd edib ki, Putin Ukrayna ilə münaqişəni dayandırmaq istəmir: "Mən çox məyusam, çünki Vladimirlə çox yaxşı münasibətlərimiz var idi, bəlkə də münasibətlər bu günə kimi eyni olaraq qalır. Onun müharibəni nə üçün davam etdirdiyini başa düşmürəm".




Ana səhifəyə qayıt        Baxış: 31          Tarix: Bu gün, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma