Xəbər lenti

Türkiyə ixracatçıları Avropada üzləşdikləri itkilərə görə məhsullarını Rusiya, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinə tədarük etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Dünya” qəzeti məlumat yayıb.

Bildirilib, Avropa Türkiyə üçün əsas bazar olaraq qalır və onun ixracının təxminən 45 %-i məhz həmin ölkələrin payına düşür. Lakin qitədə qlobal və regional amillər nəticəsində baş verən iqtisadi düşüş son zamanlar Türkiyənin hazır tikiş, geyim və tekstil sənayesi üçün 10 %-dən çox itki ilə nəticələnib.

“Əsas bazarımız olan Avropa İttifaqı ölkələrinə hazır geyim ixracı 70 %-dən 59 %-ə düşüb. Biz Rusiya, Yaxın Şərq və Fars körfəzi ölkələrinə tədarük etməklə Aİ bazarında təlabat çatışmazlığından yaranan boşluğu doldurmağa yönəlmişik. Xüsusilə, 2024-cü ildə Rusiyaya ixracın artacağını gözləyirik”, - Türkiyə Hazır Məhsul İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Ramazan Kaya qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 397          Tarix: 18-12-2023, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma