Xəbər lenti

Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 24-də Azərbaycana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Pakistanın “Nyus İnternəşnl” nəşri mənbələrə istinadən məlumat yayıb.

"Azərbaycana səfər fevralın 24-də başlayacaq və baş nazir burada üç gün qalacaq. Bakıda Pakistana 2 milyard dollar məbləğində investisiya qoyuluşu ilə bağlı sazişlər imzalanacaq. Bu investisiya sazişləri neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılmasına yönələcək ki, bu da bu mühüm sahələrdə gələcək əməkdaşlıq üçün yol açacaq", - nəşr qeyd edib.

Baş nazir Ş.Şərifin Azərbaycan biznes-liderləri ilə görüşlər keçirəcəyi və Azərbaycan şirkətlərini Pakistana investisiya yatırmağa və biznes müəssisələri açmağa dəvət edəcəyi gözlənilir.

Azərbaycandan sonra Pakistan Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək.




Ana səhifəyə qayıt        Baxış: 3 932          Tarix: 17-02-2025, 22:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma