Xəbər lenti

Moskvada restoranın ziyarətçiləri və işçiləri arasında kütləvi dava olub, nəticədə azərbaycanlılar xəsarət alıblar.

Rusiya KİV-ləri xəbər verir ki, insident nəticəsində 3 nəfər yaralanıb.

Bunlar 35 yaşlı dağıstanlı, 30 və 33 yaşlı azərbaycanlılardır. Onlar xəstəxanaya yerləşdiriliblər.

Kütləvi davada 10 nəfər iştirak edib. Qarşıdurmanın qarşısını hadisə yerinə gələn polisin sayəsində dayandırmaq mümkün olub. Davada iştirak edənləri bir-birindən aralamaq üçün polis əməkdaşı xidməti silahından havaya üç xəbərdarlıq atəşi açıb.

Hadisə ilə bağlı cinayət işi açılıb/Report

 




Ana səhifəyə qayıt        Baxış: 686          Tarix: 2-08-2018, 19:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma