Xəbər lenti

Mingəçevir şəhərində kütləvi dava olub.

Hadisə şəhərin Tərəvəzçilik yaşayış massivində baş verib. 

Belə ki, iki ailə arasında düşən davada iki nəfər bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əldə edilən məlumata əsasən, kütləvi dava mal-qaranın otarılması üstündə baş verib. Belə ki, şəhər sakini Şahvələd Mahmudov, iki oğlu – Afiq Mahmudov və Sahib Mahmudovla şəhər sakinləri Anar Quliyev və Rüstəm Kərimov arasında baş verən mübahisə zəminində iki nəfər bıçaqlanıb. Bıçaqlanan şəxslər – A.Quliyev və R.Kərimov ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan A.Quliyevin vəziyyəti ağır olduğundan əməliyyat olunub və müalicəsi davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır/Report

 




Ana səhifəyə qayıt        Baxış: 800          Tarix: 29-03-2018, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma