Xəbər lenti

 Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlı qız İŞİD-ə qoşulub.Lent.az-ın verdiyi məlumata görə, Dağıstanın Xuçni rayonunda yaşayan milliyyətcə azərbaycanlı Sabrina Həbibova bir müddət əvvəl radikal qruplaşmalara qoşularaq kənddən qaçıb.
Məlum olub ki, o, İŞİD sıralarına qoşulub.
Bildirilir ki, S.Həbibovanın 21 yaşı var. O, 1996-cı ilin 15 iyulunda anadan olub.
Qeyd edək ki, Rusiya vətəndaşı olan yüzlərlə Şimali qafqazlı gənc İŞİD-ə qoşulduğu üçün axtarışa verilib və onların yenidən bu ölkəyə qayıtmasına imkan verilmir.

 




Ana səhifəyə qayıt        Baxış: 1 080          Tarix: 26-05-2017, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma