Xəbər lenti

ABŞ-ın rəhbərlik etdiyi terrorçuluq əleyhinə beynəlxalq koalisiyanın Hərbi Hava Qüvvələrinin Suriyanın şərqində İŞİD terrorçularının nəzarəti altına olan şəhərə endirdiyi hava zərbəsi nəticəsində azı 35 dinc sakin həlak olub.  Suriyada İnsan Haqlarının Monitorinq Mərkəzinin yaydığı məlumata görə, hava zərbəsi Deyr-ez-Zorun Məyadin şəhərinə endirilib. Yaralılar barəsində məlumat verilmir.

Qeyd edək ki, ABŞ hərbi koalisiya olan Suriya Demokratik Qüvvələrinə dəstək verir. Hərbi koalisiya 2016-cı ilin 6 noyabrından Rakka şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatına başlayıb. Hələbdən 160 kilometr məsafədə olan şəhər İŞİD terrorçuları tərəfindən 2013-cü ilin martında işğal edilib. Şəhər terrorçuların rəhbəri Əbu Bəkr əl-Bağdadi tərəfindən 2014-cü ildə İŞİD qruplaşmanın paytaxtı elan olunub. Publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 090          Tarix: 26-05-2017, 12:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma