Xəbər lenti

 

Şəkidə on altı yaşına çatmayan qıza təcavüz etməkdə ittiham olunan Saleh Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Şəki rayon Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hazırlıq iclasında məhkəmə iclaslarının qapalı keçirilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin olunub.

İttihama görə, Saleh Cabbarov rayon ərazisində Samirə Səmədova (ad və soyad şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

Samirə Səmədovanın şikayəti əsasında Saleh Cabbarov həbs edilib.

İstintaq orqanı tərəfindən Saleh Cabbarovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Bu maddə ilə mühakimə olunan şəxsin əməli məhkəmə tərəfindən sübuta yetirilsə, həmin şəxsi üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 9-01-2020, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma