Xəbər lenti

 

Rüşvət verməkdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Samir Əjdərzadə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

İstintaq orqanı tərəfindən Samirə Əjdərzadə barəsində Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

Samirə Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

O daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.




Ana səhifəyə qayıt        Baxış: 1 328          Tarix: 19-12-2018, 17:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma