Xəbər lenti

 

Bankın 300-ə yaxın işçisi təcili müayinəyə cəlb olunub

Sinqapurun ən böyük bankı olan DBS-də bir nəfərdə yeni koronavirus aşkarlandıqdan sonra bank təcili boşaldılıb və müvəqqəti bağlanılıb.

Bankın 300-ə yaxın işçisi təcili müayinəyə cəlb olunub.

Məlumat üçün bildirək ki, son rəsmi məlumata görə, Çində virusa yoluxanların sayı 44 739 nəfər, ölənlərin sayı isə 1115 nəfərdir.

Bu arada, FIA Motorsport idarəetmə orqanı bəyan edib ki, Formula 1-in 19 apreldə Şanxayda baş tutacaq Çin Qran Prisi təxirə salınıb. \\AYNA 




Ana səhifəyə qayıt        Baxış: 497          Tarix: 12-02-2020, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma