Xəbər lenti


2019-cu il iyunun 10-da Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində dəhşətli qətl hadisəsi baş verib.
Şahidlərin sözlərinə görə, mərkəzin qeydiyyat şöbəsində işləyən 41 yaşlı Xavər İbrahimovanın yanına səhər saatlarında həyat yoldaşı gəlib. Qadın onunla söhbət etmək üçün həyətə çıxıb. Təxminən 5-10 dəqiqədən sonra isə ağır cinayət törədilib. 
İstintaqla müəyyən edilib ki, Faiq İbrahimov 2011-ci ildən qeyri-rəsmi nikahda olduğu X.İbrahimova ilə iyunun 7-də telefonla əlaqə saxlayaraq, mübahisə edib. Qadını öldürmək qərarına gələn F.İbrahimov onun iş yerinə yollanıb. Mərkəzin həyətində söhbət zamanı F.İbrahimov Xavərdən ona xəyanət edib-etmədiyini soruşduqda, sonuncu bunu etiraf edib.
F.İbrahimov çantasından çıxardığı bıçaqla X.İbrahimovaya xəsarətlər yetirdikdən sonra, qadın yerə yıxılıb. Yalvarışlarına baxmayaraq, boynundan tutub və onun boğaz nahiyəsini kəsib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.İbrahimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.
oxu.az
 



Ana səhifəyə qayıt        Baxış: 511          Tarix: 28-04-2020, 17:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma