Xəbər lenti

 

Tovuz rayonunda qətl törədilib.

Ovqat.com publika.az-a istinadən xəbər verir ki, rayonun Hunanlar kəndi ərazisində Tovuz şəhər sakini, 1987-ci il təvəllüdlü İbrahimov Asif Eldam oğlu bıçaqlanaraq öldürülüb.

Hadisə Kür çayının yaxınlığında yerləşən gölün kənarında baş verib. Bildirilir ki, A.İbrahimov dost-tanışı ilə həmin ərazidə yeyib-içiblər. Bu zaman onunla rayon sakini Fəxrəddin Məmmədov arasında mübahisə baş verib. Mübahisə münaqişəyə çevrilib və F.Məmmədov 32 yaşlı Asifi bıçaqlayaraq öldürüb.

Bildirilir ki, qətlə yetirilən 32 yaşlı A.İbrahimov bir neçə il əvvəl ailə həyatı qurub və övladı yox imiş.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Azərbaycanda 32 yaşlı kişini amansızlıqla öldürdülər - FOTO




Ana səhifəyə qayıt        Baxış: 295          Tarix: 14-10-2019, 14:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma