Xəbər lenti

 

19:52

Bərdə sakini 49 yaşlı Saday Əliyev həyat yoldaşı Gülbəniz Mehdiyevanın başından "kuvalda" ilə vuraraq öldürüb.

Ovqat.com ARB TV-yə istinadən xəbər verir ki, 21 yaşlı qızı Məleykə Əliyeva və 14 yaşlı oğlu Murad Əliyevə isə küt alətlə ağır xəsarətlər yetirib.

Hadisəni törədən Saday Əliyev sonradan özünü eyvanın tavanından asaraq intihar edib.

Yaralılar qonşuların köməyi ilə Bərdə mərkəzi rayon xəstəxanasına çatdırılıb. Lakin onların vəziyyəti ağır olduğundan Gəncədəki xəstəxanaya köçürülüblər.

Hüsü Həsənov - Kənd sakini: "Gördük ki, qapı qonşudan səs gəlir. Oölan ata-anası ilə birlikdə yaşayır. Səsə-küyə biz də gəldik. Uşaqlarını tez götürdük apardıq xəstəxanaya. Özü də asılı vəziyyətdə ölmüşdü. Yoldaşı da ağır vəziyyətdə idi. Təcili yardımda rəhmətə getdi".

Yaxınlarının bildirdiyinə görə hadisədən əvvəl ailədə hər hansı bir münaqişə baş verməyib.

Saday Əliyev son vaxtlar psixoloji problemlərlə üzləşdiyi elə buna görə də müalicə aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Bərdədə kişi övladlarına çəkiclə ağır xəsarət yetirib, arvadını və özünü öldürüb - TƏFƏRRÜAT

----------

12:55

Bərdə rayonunda baş verən qətl və intihar hadisələrinin bəzi təfərrüatları məlum olub.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, qətli törədərək intihar edən Saday Əliyevin atası Vaqif Əliyev hadisədən öncə ailələrində hər hansı münaqişənin baş vermədiyini deyib.

Onun sözlərinə görə, ailədə hər hansı narazılıq baş verməyib. O, gecə saatlarında həyətə çıxdığını və oğlunun meyitini eyvandan asılı vəziyyətdə aşkarladığını bildirib. Bundan sonra evə daxil olan V. Əliyev gəlininin öldüyünü, nəvələrinin isə xəsarət aldığının şahidi olduğunu bildirib.
Ailə üzvləri 1968-ci il təvəllüdlü V. Əliyevin Qarabağ müharibəsinin iştirakçısı olduğunu, son zamanlar psixoloji problemlərinin yarandığını, müalicə kursu keçdiyini açıqlayıblar.
Daxili İşlər Nazirliyi də Bərdədə baş vermiş qətllə bağlı məlumat açıqlayıb.
Ovqat.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 24-də gecə saat 3.00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb. Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır.
Araşdırma aparılır.

------------

10:42

Bərdə rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Ovqat.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Hacalı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürüb. Daha sonra iki övladına ağır xəsarət yetirən S.Əliyev özünü də öldürüb. 

Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

--------

10:35

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Ovqat.com report-a istinadən xəbər verir ki, rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatan yerdə ağır çəkiclə ("kvalt") vurub.

Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 715          Tarix: 24-07-2017, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma