Xəbər lenti

 Daşkəsəndə kişi boşandığı həyat yoldaşını baltalayıb.

 Ovqat.com APA-ya istinadən xəbər verir ki, rayonun Tikanlı kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədova Könül Səməndər qızı sağ kürəyin kəsilmiş deşilmiş və başın kəsilmiş çapılmış yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə,  qadına boşandığı həyat yoldaşı balta ilə xəsarət yetirib.

 Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 966          Tarix: 17-05-2017, 23:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma