Xəbər lenti

 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 195 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.

Ovqat.com-a bu barədə DİN Mətbuat Xidmətindən bildiriblər.

Xidmətin 2018-ci il mart ayının 10-dan 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatına görə, son iki gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayət faktının üstü açılmışdır.

Axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 15 nəfər xəsarət almışdır. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır.




Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 12-03-2018, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma