Xəbər lenti

 

Respublikanın daxili işlər orqanları tərəfindən dünən gün ərzində 72 cinayət faktı qeydə alınıb, onların da 14-ü “isti izlər”lə açılıb.

Ovqat.com-a DİN-dən daxil olan məlumatda belə deyilir.

2018-ci il mart ayının 8-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumata görə, dünən əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunmuşdur.  

         - Axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

         - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır. 

         - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

         - Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılmışdır.

 




Ana səhifəyə qayıt        Baxış: 614          Tarix: 9-03-2018, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma