Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a deyib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil.
O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: “Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin ki, vəkili məlumat yayacaq”.
Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib
Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Haimiyyətinin başçısı olub.
Paylaş: