ABŞ Çinə qarşı sanksiyalar tətbiq edə bilər.
Ovqat.com “The New York Times”-a istinadən xəbər verir ki, tətbiq olunması gözlənilən sanksiyalar Çindəki uyğurlarla əlaqədardır.
Məlumata görə, Çinin uyğur türkləri və müsəlman azlığa qarşı həyata keçirdiyi assimilyasiya siyasəti artıq iki aydır Ağ evdə müzakirə edilir və Tramp hakimiyyəti bəzi şirkət və fiziki şəxslərə qarşı sanksiyalara hazırlaşır. Sanksiyaların növü və tətbiq qaydalarının Ağ ev, Dövlət Depatamenti, Xəzinə Nazirliyində müzakirə edildiyi xəbər verilir.
İqtisadi sanksiyalarla yanaşı, Çinin uyğurları izləməkdə istifadə etdiyi texnologiyaların satışına da məhdudiyyətlərin gətirilməsi planlaşdırılır.
Qərar qəbul edilərsə, bu, ABŞ-ın Çini insan haqları pozuntularına görə ilk cəzalandırması olacaq.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı ötən ay təxminən 2 milyon uyğur türkünün təhsil düşərgələrinə yerləşdirildiyi və onlara Kommunist Partiyası ideologiyasının aşılandığı barədə qətnamə qəbul etmişdi.
Paylaş: