Xəbər lenti

Çin hökuməti may ayından etibarən xarici ölkələrdə təhsil alan uyğur türklərini ölkəyə geri çağırıb.

Publika.az xəbər verir ki, hökumət tələbələrin geri qayıtması üçün onların ailə üzvlərini girov götürüb.

Çağırış məktubunu alan tələbələrin bəziləri ölkəyə giriş edən kimi polis tərəfindən nəzarətə götürülüb.

Hökuməti bu addımı atmağa vadar edən səbəbin uyğurların getdikləri ölkələrdə radikallaşdırılmasından qorxmasıdır. Çin, özəlliklə, Türkiyə və Misir kimi müsəlman ölkələrində təhsil alan uyğur türklərinin təbliğata meyilli olduğunu təsbit edib.

Honqkonqda yerləşən Beynəlxalq Əfv Təşkilatının araşdırmaçı nümayəndəsi Vilyam Ni Çin hökumətinin birbaşa nəzarətə ala bilmədiyi hər cür islami hərəkatı əzməyə çalışdığını, məhz bu məqsədlə türklərə basqı etdiyini bildirib.

Qahirədə yerləşən və dünyanın ən önəmli islami tədris mərkəzlərindən biri olan Əl Əzhər universitetində təhsil alan təxminən 150 uyğur türkü çağırışa uymadıqları üçün Misir polisi tərəfindən həbs edilib.

Həbs edilən tələbələrdən 22-si Çinə göndərilib, qalanları isə sərbəst buraxıldıqdan sonra Misirdən qaçıb.




Ana səhifəyə qayıt        Baxış: 798          Tarix: 2-08-2017, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma