Xəbər lenti

 

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov seçki mövzusundə mövqeyindən geri çəkilmək niyyətində görünmür. 

“Yeni Sabah” xatırladır ki, REAL sədri istənilən halda seçkidə iştirakın tərəfdarıdır. Onun fikrincə, cəmiyyəti hakimiyyət dəyişikliyinə səfərbər etmək üçün optimal vasitədir. Boykot tərəfdarları seçki qanunvericiliyinin demokratik prinsiplərə söykənmədiyi, siyasi rəqabət mühitinin əlverişli olmadığı barədə iddialar irəli sürsələr də, İlqar Məmmədov üçün bu deyilənlər əhəmiyyət kəsb etmir. 

REAL sədri hətta bu şərtlərlə belə, seçkidə iştirak edib müəyyən nəticəyə nail olmağın mümkün olduğunu bildirir. İlqar Məmmədov rəqiblərinin Seçki Məcəllləsinə dəyişiklik edilməsi yönündə mübarizə aparmaq, beynəlxalq təşkilatları bu işə səfərbər etmək çağırışlarına da özünəməxsus cavab verib. 

“Güvəndiyiniz Venesiya Komissiyasının belə bir prinsipi var ki, seçkiyə 1 ildən az qalıbsa, seçki qanununun dəyişdirilməsi yaxşı şey deyil. Hətta qanun yaxşıya doğru dəyişsə belə”,- deyə REAL sədri bildirib.

Onun fikrincə, beynəlxalq təşkilatlar Azərbaycan Seçki Məcəlləsindən ciddi narazıdırlarsa, “bir il” prinsipinə riayət etməliydilər. “Yəni Bakını indiyədək sıxardılar ki, get Məcəlləni düzəlt. Heç kim bununla məşğul olmayıb, səsverməyə isə bugün-sabah 1 ildən az vaxt qalacaq.

2003-cü ildə IFES’in Azərbəycandakı təmsilçisi mənə demişdi ki, bu Məcəllə ilə də yaxşı seçki keçirmək olar, xalq dirənsə. Digər beynəlxalq qurumların sözdə yox, əsl münasibəti də yuxarı-aşağı eyni deyilsə, onda “bir il qalmış” prinsipindən niyə indiyədək möhkəm yapışıb təcili dəyişiklik tələb etmədilər?

Bu Məcəllə əsasında 4 dəfə Milli Məclisə “seçilən” deputatlar 19 ildir Avropa Şurasında, yəni Venesiya Komissiyasının ata yurdunda, Azərbaycanı təmsil edirlər, onlara deyən yoxdur ki, burda nə işiniz var.

Beləliklə, Avropanın “Seçki Məcəlləsini səsverməyə 1 ildən az vaxt qaldıqda dəyışmək yaxşı deyil” kimi prinsipi olsa da, Azərbaycana yönəlik bu prinsipə uyğun məqsədli və əməlli siyasəti yoxdur və olmayıb.

Onda nə boykot-boykot? Seçkiyə gedib hamını dinc və qanuni kütləvi dirəniş faktı qarşısında qoymaq lazımdır. Ancaq onda bizimlə həmrəylik olacaq”,- deyə İlqar Məmmədov əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 409          Tarix: 31-08-2019, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma