
Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 18:19
Bu gün, 17:18
Bu gün, 15:27
Bu gün, 13:41
Bu gün, 12:26
Bu gün, 11:49
Bu gün, 10:24
Bu gün, 09:57
Dünən, 22:58
Dünən, 21:30
Dünən, 20:27
Dünən, 18:11
Dünən, 15:24

"Son 20 ildə Türkiyənin müdafiə sənayesi gücləndi, Yunanıstan isə öz potensialını parçaladı, məhv etdi. Həm itirmiş, həm də məhv olmuş durumdayıq”.
Ovqat.com xəbər verir ki, Yunanıstanın Kəşfiyyat Xidmətinin keçmiş üzvü Savas Kalenderidis dünən ölkəsinin bir televiziya kanalında çıxışında belə deyib.
Kalenderidis xüsusilə Rəcəb Tayip Ərdoğan hakimiyyəti dövründə Türkiyənin müdafiə sənayesini gücləndirdiyini etiraf edərək bildirib ki, türklər həqiqətən də möcüzələr yaradıblar.
"Yunan siyasət sistemi və hərbi mülahizələri çox dar düşüncəyə malikdir. Türkiyə hədəf və planlarını əvvəlcədən anlamalı idik. Əlimizdə Türkiyənin hərbi hədəflərini qiymətləndirə biləcəyimiz dəqiq məlumatlar yoxdur”,- deyən Kalenderidis əlavə edib: "Bu cür dəyərləndirmələr olsaydı, Egey və Aralıq dənizində dəniz və hava üstünlüyümüzü qorumağa və güclü bir müdafiə sənayesi qurmağa çalışardıq”.
Qeyd edək ki, keçmiş təhlükəsizlik əməkdaşı nə qədər keçmiş üstünlüklərindən danışsa da, 20 il bundan əvvəl Türkiyə ilə Yunanıstanın həm dəniz, həm də hava qüvvələrində təxminən bərabər gücə malik olduqları bildirilirdi. Hətta Türkiyənin hərbi hava qüvvələri Yunanıstandan daha üstün idi. Məhz bu səbəbdən həm silahlanmaya daha çox diqqət ayıran və həm də xalqdan səs toplamaq üçün sosial yardım “rüşvətləri” verən Yunanıstan hökumətləri ölkənin üzərinə 900 milyard dollara yaxın borc yükləmiş və bir neçə il bundan əvvəl iflas etdirmişdi.
Türkiyə isə bu müddət ərzində hərbi sənaye komplekslərini yerli inkanlar sayəsində modernləşdirmiş, xüsusilə gəmiçilik və silahlı pilotsuz uçan aparatlar sahəsində dünya liderlərindən birinə çevrilmişdir. Təsadüfi deyil ki, son zamanlar dünyanın 100 hərbi sənaye müəssisələri arasında 7 türk şirkətinin də adı çəkilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər